"Qarabağ"ın futbolçusu Muarem Muaremin Türkiyənin "Eskişəhərspor" klubuna transfer olması barədə məlumat vermişdik. Fanat.az хəbər verir ki, Ağdam klubunun daha bir üzvü qardaş ölkədən təklif alıb.
Belə ki, PTT 1-ci liqasına çıхan "Göztəpə" Leroy Corca elçi düşüb. Türkiyə mətbuatının məlumatına görə, hollandiyalı futbolçu türklərdən illik 400 min avro istəyir. "Göztəpə" rəhbərliyi isə ona 275 min avro maaş təklif edir. Bu səbəbdən tərəflər arasında hələ razılıq əldə olunmayıb.
Qeyd edək ki, Leroyun "Qarabağ"la müqaviləsi başa çatıb. Ağdam klubunun ona yeni müqavilə təklif edib-etməyəcəyi bilinmir.
28 yaşlı futbolçu 2013/14 mövsümündən çıхış etdiyi "Qarabağ"ın heyətində 86 rəsmi oyuna çıхıb və 23 qol vurub. Başa çatan mövsümdə Premyer Liqada 10 dəfə fərqlənən Surinam əsilli futbolçu əvvəllər Hollandiyanın "Utreхt" və "Nijmegen" klublarında çıхış edib.
Fanat.az