Daha bir futbolçu "Qarabağ"dan getdi

Daha bir futbolçu "Qarabağ"dan getdi
"Qarabağ"ın daha bir futbolçusu Azərbaycanı tərk edib. Fanat.az xəbər verir ki, Leroy Corc Bakıdan ayrılıb.
Ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son iki oyunda gənclərə və ehtiyatda qalan futbolçulara şans verəcək. Bu səbəbdən baş məşqçi bəzi aparıcı futbolçuları daha tez istirahətə buraxıb. Onlardan biri də Leroy Corcdu. Holland futbolçu artıq Bakını tərk edərək vətəninə yollanıb. O, komandanın düşərgəsinə təlim-məşq toplanışından öncə qayıdacaq.
Qeyd edək ki, Qurban Qurbanov bundan əvvəl Riçard Almeyda, Çumbinyo və Muarem Muaremə vətənlərinə yollanmaq icazəsi vermişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər