Azərbaycan Premyer Liqasının XVIII turu "Neftçi”nin futbolçusu Baqali Dabo üçün əlamətdar olub.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, futbolçu Premyer Liqada 40-cı qolunu vurub.
Fransalı hücumçu yubiley qoluna XVIII turda "Qəbələ”ni səfərdə 2:0 hesabı ilə yendikləri görüşdə imza atıb. Ölkə çempionatında 2016/2017 mövsümündə debüt etmiş forvard 40-cı qolunu 82-ci matçında vurub. İki mövsüm oynadığı "Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən forvard sabiq klubunun qapısına yol tapmaqla "Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.
Dabo Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 58-ci oyunçudur. O, bombardirlər siyahısında Fernando Peres, Junivan Suares, Mehman Allahverdiyev, Samir. A. Məmmədov ilə 54 - 58-ci yerləri bölüşür.
Fransalı oyunçu "Neftçi”nin tarixində Premyer Liqada 20 və daha çox qol vuran 20-ci futbolçudur. Dabo bu göstəricidə Leonid Kalfaya çatıb.
Fanat.Az