"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, məlumatı Madrid təmsilçisinin mətbuat xidməti yayıb.
Bu gün aparılan müayinələrdən sonra yarımmüdafiəçinin sağ ayağındakı əzələnin yırtıldığı müəyyənləşib.
Klubu Cudun sıraya nə vaxt dönəcəyi ilə bağlı məlumat verməsə də, mətbuat onun təxminən bir ay kənarda qalacağını vurğulayıb.