Con Stounz "Mançester Siti"dən ayrılır: Keçmiş klubu hərəkətə keçdi

Con Stounz "Mançester Siti"dən ayrılır: Keçmiş klubu hərəkətə keçdi

"Mançester Siti"nin təcrübəli müdafiəçisi Con Stounzun klubdakı gələcəyi ilə bağlı gözlənilməz xəbər yayılıb.

Fanat.Az xəbər verir ki, "talkSPORT"un məlumatına görə, "şəhərlilər" ingilis futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırmırlar.

Müqaviləsi başa çatmaqda olan ulduz müdafiəçinin vəziyyətini yaxından izləyənlər arasında onun keçmiş klubu "Everton" da var.

"Siti" forması ilə 6 Premyer Liqa çempionluğu və Çempionlar Liqası daxil olmaqla çoxsaylı kuboklar qazanan Stounzun yayda azad agent kimi komandadan ayrılacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər