"Mançester Siti"nin "Aston Villa"dan transfer etdiyi Cek Qriliş "şəhərlilər"in formasıyla çıxdığı ilk oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, İngiltərə Superkubokunda "Lester"dən alınan 0:1 hesablı yenilgidən sonra yarımmüdafiəçisi "Twitter"də belə yazıb:
"Nəticə xoşagəlməz olsa da, bu klubun formasıyla debüt etmək mənim üçün şərəfdir. Azarkeşlərə ortaya qoyduqları münasibətə görə təşəkkürümü bildirirəm. Növbəti oyunu səbirsizliklə gözləyirəm".
Nihat