Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" transfer çalışmalarını da sürdürür. Fanat.az xəbər verir ki, Ağdam klubu Danilo Dias və Tərlan Quliyevin ardından daha bir keçidi rəsmiləşdirib.
Belə ki, "Qarabağ" gənc və istedadlı futbolçu Cavid Tağıyevi transfer edib. 22 yaşlı Cavid Tovuz futbolunun yetirməsidi. Millimizin aşağı yaş qruplarının formasını geyinir. Yarımüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Cavidlə 3 illik müqavilə bağlanıb. Yarımmüdafiəçi "Qarabağ"da 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, yarımmüdafiəçi Tağıyev Tovuz futbol məktəbinin yetirməsidi. Onun son klubu AZAL olub. 2012-ci ldən Bakı təmsilçisində çıxış edən 21 yaşlı futbolçu 54 oyunda 2 qol vurub.
Fanat.az