"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov Topaz Premyer Liqasının növbəti turunda qarşılaşacaqları "Qarabağ"la oyunu buraxa bilər. Bu barədə Fanat.az-a klubun meneceri Səbuhi Səfiyarlı söyləyib.
Klub rəsmisinin sözlərinə görə, Antalyada yığma komandanın təlim-məşq toplanışında iştirak edən Hüseynov zədələnib. Onun durumu ilə bağlı yekun qərar yalnız sabah veriləcək.
Qeyd edək ki, XXIV tur çərçivəsində keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü fevralın 28-də, saat 17:00-da başlayacaq.
Fanat.az