CAR millisinin üzvü "Qarabağ"da

CAR millisinin üzvü "Qarabağ"da

"Qarabağ" hücumçu problemini həll etməyə çox yaxındı. Sport7.az xəbər verir ki, Qurban Qurbanov istədiyi forvardı Cənubi Kiprdə tapıb.

Söhbət Dino Ndlovudan gedir. "Qarabağ" Cənubi Kiprin "Anortosis" klubunda çıxış edən 26 yaşlı futbolçununu heyətə qatmaq üçün danışıqlara başlayıb. Məsələyə qarşıdakı günlərdə aydınlıq gələcəyi gözlənilir.

Maraq üçün bildirək ki, Cənubi Afrika Respublikası millisinin üzvü ötən mövsüm meydana çıxdığı 35 qarşılaşmada 18 dəfə rəqib qapıçıları məyus edib. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.

Qeyd edək ki, Dino Ndlov "Anortosis"dən əvvəl CAR-ın "Mamelodi Sundovns", "Bloemfonteyn", "SuperSport Yunayted", "Mpumalanqa Blak Akes", İsrailin "Bney Yehuda" və "Makkabi" (Hayfa) klublarında çıxış edib. 

2012-ci ildə CAR yığmasına dəvət almağa başlayan futbolçu indiyədək 4 dəfə milli formanı geyinib. O, sonuncu dəfə bu ilin 26 martında Kamerunla baş tutan matça dəvət alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər