Böyükağa Hacıyev “Qarabağ”la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi rəqibin iki oyunçusuna qırmızı vərəqə verilməli olduğunu deyib:
“Bu gün bir-birinə layiq iki komanda mübarizə aparırdı. Heyətimizdə bir neçə futbolçu yox idi. Fikrimcə, heç-heçəlik oyun idi, qol epizodları çox olmadı. Rəqib qapıçının cərimə meydançasından kənarda oynamasına və Reynaldonun ilk dəqiqələrdəki hərəkətinə qırmızı vərəqə verilməli idi. Yəqin ki, “Qarabağ” bu il çempion olacaq, onlara uğurlar arzulayıram. “Neftçi”nin Avropada göstərdiyi nəticəni təkrar etsələr biz də sevinərik. Gənc futbolçularımız çoxdu, çəkinmədən onlara şans veririk. İstədiyimiz an, istədiyimiz rəqibə sübut edərik ki, biz varıq. Məşqçi kimi mənim səhvlərim olub. “Qarabağ”da seleksiya işləri yüksək səviyyədədi. “Qarabağ” bu cür heyətlə qrup mərhələsinə düşməyəcəksə, bəs nə vaxt düşəcək?”.
Fanat.az