Bubista "Qarabağ"ın Andradelərinə dəvət göndərdi

Bubista "Qarabağ"ın Andradelərinə dəvət göndərdi

"Qarabağ"ın kabo verdeli futbolçuları  - Patrik Andrade və Leandro Andrade ölkələrinin milli komandasına dəvət ediliblər.

Fanat.Az sözügedən ölkənin futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Bubista yığmaya 32 futbolçu çağırıb.

Kabo Verde millisi bu ay 2 yoldaşlıq görüşü keçirəcək. Bubistanın yetirmələri oktyabrın 12-də Əlcəzair, 17-də isə Komor adaları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" bu gün Avropa Liqasının 2-ci turu çərçivəsində İsveçin "Hekken" komandasının qonağı olacaq. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər