Bu komandada "Qarabağ"dan heç kim yoxdu

Bu komandada "Qarabağ"dan heç kim yoxdu
Topaz Premyer Liqasında XXXI turun ən yaxşıları müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlar əsasın ötən turun rəmzi komandası hazırlanıb.
Ən yaxşı "11-lik"də "Bakı"nı 4:0 hesabı ilə yenən "İnter"in hökmranlığı diqqəti çəkir. "Bankirlər"in 6 üzvü rəmzi komandada yer alıb. "Sumqayıt"dan, "Simurq", "Xəzər Lənkəran" və "Bakı"dan 1 futbolçu ən yaxşılar arasında yer alıb.
Turun ən yaxşı oyunçusu isə Abdulla Abatsiyev olub.
Qapıçı: Andrey Popoviç (Sumqayıt).
Müdafiəçilər: Matiya Spiçiç (İnter), Brüs Abdulaye (İnter), İdan Vaytsman (Simurq), Arif Daşdəmirov (İnter).
Yarımmüdafiəçilər: Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Vaqif Cavadov (İnter), Sadio Tounkara (Xəzər Lənkəran).
Hücumçular: Uğur Pamuk (Sumqayıt), Ernest Nfor (Neftçi).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər