Bu hücumçu "Qarabağ"ın yox, "Neftçi"nin hədəfindədir

Bu hücumçu "Qarabağ"ın yox, "Neftçi"nin hədəfindədir
Bir neçə gün əvvəl xəbər yayıldı ki, Buxarest "Dinamo"sunun yarımmüdafiəçisi Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirəcək.
"Telekom Sport" nəşrinin iddiasına görə, 29 yaşlı futbolçu Azərbaycandan aldığı cəlbedici təklifi müsbət cavablandırıb.
İtaliya millisinin sabiq üzvü özü Buxarest klubunun rəhbərliyi ilə görüşündə ayrılacağını söyləyib. Həmkarlarımız onun "Neftçi" və ya "Qarabağ"la müqavilə imzalayacağını iddia edib. Fabbrininin "Dinamo"da aylıq məvacibi 16 min avrodur.
O, karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyada "Oviedo", Rumıniyada "Botoşani", Bolqarıstanda isə MOİK-in formasını geyinib. 2012-ci ildə İtaliya millisinin heyətində 1 matçda meydana çıxıb.
Sportinfo.az-ın məlumatına görə, Fabbrini "Neftçi"nin maraq dairəsindədir. Roberto Bordin onun transfer edilməsini şəxsən istəyib.
Bakı klubundan redaksiyamıza bildirilib ki, italiyalı çalışdırıcı həmyerlisi barədə ilk dəfə yayda məsələ qaldırıb. Həmin vaxt rəsmilər bu transferə o qədər də isti yanaşmayıb. İndi isə vəziyyət bir qədər fərqlidir. Fabbrnii maliyyə şərtlərində güzəştə getməyə hazır olduğunu "Neftçi"yə xəbər göndərib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər