Bu gün "Qarabağ"ın məhkəməsi olacaq

Bu gün "Qarabağ"ın məhkəməsi olacaq

Bu gün “Qarabağ”ın məhkəməsi başlayır. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin "İnter"ə (Milan) qarşı oyununda qələbə topunu saymayan çex hakimin işinə baxılacaq. 

UEFA Ağdam klubunun şikayətiylə bağlı qərarı məhz bu gün verəcək. 

Böyük ehtimalla, "İnter"lə oyunun nəticəsi olduğu kimi saxlanacaq. Bu isə Avropa Liqasında yoluna davam etmək istəyən "Qarabağ"ın ümidlərinin doğrulmaması deməkdi. Azərbaycan çempionu üçün yeganə təsəlli o ola bilər ki, UEFA "İnter"lə görüşdə kobud səhvə yol verən hakimlər briqadasını cəzalandırsın. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər