Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

Bu gün "Qarabağ"ın 2008-ci il təvəllüdlü futbolçulardan ibarət komandası ilə Barselonanın "Marcet" akademiyasında futbolun sirlərinə yiyələnən azərbaycanlı həmyaşıdları arasında yoldaşlıq görüşü keçiriləcək.

Fanat.Az-ın məlumatına görə, qarşılaşma "Sərhədçi" idman kompleksinin stadionunda baş tutacaq.

Matçın start fiti 20.00-da səsləndiriləcək. "Marcet"i təmsil edən komandanı meydana ispan mütəxəssis Karlos Rivero çıxaracaq.

Sabah isə Ağdam təmsilçisinin 2009-cu il təvəllüdlü futbolçuları "Marcet"in eyni yaş qrupundan olan azərbaycanlıları ilə üz-üzə gələcəkləri. Bu görüş də "Sərhədçi"də reallaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər