Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir Reqatası-2026” beynəlxalq turniri start götürür. Fanat.Az xəbər verir ki, bu gün başlayıb oktyabrın 1-də yekun vurulacaq ənənəvi reqatanın ilk günü Köndələnçay su anbarında baş tutacaq. Yarışların rəsmi açılış mərasimi məhz Füzulidə keçiriləcək, burada kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər təşkil olunacaq. Həmçinin Füzuli sakinləri, xüsusilə uşaqlar və yeniyetmələr üçün müxtəlif şoular və əyləncəli viktorinalar keçiriləcək, həvəskar kayak qayıqlarında avarçəkmək imkanı yaradılacaq. Növbəti iki gün reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək. Qeyd edək ki, “Mingəçevir Reqatası-2026”-da 12 ölkədən – Azərbaycan, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı mübarizə aparacaq.
Bu gün "Mingəçevir reqatası-2026" başlayır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Dünya futbolu
20:42
05.10.2026
"Çelsi" "Barselona"nın müdafiəçisini yanvarda aparır?
Dünya futbolu
20:14
05.10.2026
"Liverpul" hədəfi müəyyənləşdirdi
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Dünya futbolu
18:04
05.10.2026
"Yuventus" Kənan Yıldız üçün şok məbləğ tələb edir