Premyer Liqa: "Neftçi" "Qarabağ"la xal fərqini azalda bilmədi

Premyer Liqa: "Neftçi"  "Qarabağ"la xal fərqini azalda bilmədi
Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib.
Famat.Az xəbər verir ki, turun açılış oyununda bütün milli çempionatların iştirakçısı olan "Neftçi” və "Qarabağ” komandaları qarşılaşıb. Azərbaycan derbisi 20.00-da "Bakcell Arena”da keçirilib.
Yağmurlu hava tərəflərin daha gözəl çıxış sərgiləməsinə imkan verməsə də, görüş yetərincə gərgin alınıb. Qol vəziyyətlərinin çox olmadığı qarşılaşmada daha çox erkən verilən sarı vərəqələr diqqət çəkib. Nə əsas vaxtda, nə də matça əlavə edilən 7 dəqiqədə prinsipial rəqiblər qapı torunu silkələməyi bacarmayıb.
 
Beləliklə, Bakı təmsilçisi liderlə xal fərqini azalda bilməyib.
Qeyd edək ki, turun bir oyunu sabah ("Səbail" - "Keşlə"), ikisi bazar günü keçiriləcək ("Qəbələ" - "Sabah" və "Zirə" - "Sumqayıt").
Premyer Liqa
2019/20 mövsmü
II dövrə, X tur
1 noyabr
Neftçi - Qarabağ 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. "Bakcell Arena".
 

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk. Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı. Baş məşqçi: Roberto Bordin.

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Aylton Silva, 21. Hacıağa Hacılı. Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli, 71. Toral Bayramov. Baş məşqçi: Qurban Qurbanov.

 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

10

8

2

0

19:2

26

2

Neftçi

10

5

3

2

15:8

18

3

Keşlə

9

4

3

2

11:5

15

4

Səbail

9

3

1

5

8:14

10

5

Sumqayıt

9

3

1

5

9:13

10

6

Zirə

9

2

3

4

8:14

9

7

Sabah

9

1

4

4

8:10

7

8

Qəbələ

9

1

3

5

5:17

6

Bombardirlər

Lorenzo Frutos (Keşlə) - 5. İsmayıl İbrahimli (Qarabağ), Stiven Monroz (Neftçi), Mehdi Şərifi (Sumqayıt) - 4. Mirabdulla Abbasov (Səbail), Mahir Emreli (Qarabağ), Ağabala Ramazanov (Səbail), Maqaye Qeye (Qarabağ), Amadu Diallo (Sabah), Emin Mahmudov (Neftçi), Baqali Dabo (Neftçi) - 3.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər