"Qarabağ" "Neftçi"ni çempionsayağı yendi

"Qarabağ" "Neftçi"ni çempionsayağı yendi
Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Keşlə” "Səbail”i qəbul edib. "ASK Arena”nın ot örtüyünün dəyişdirilməsi prosesi getdiyi üçün matç "Bakcell Arena”da keçirilib. İlk yarıda Mirabdullanın dubluna sevinən nominal qonaqlar yekunda qələbə qazanan tərəf olub. Gücü təsəlli qoluna çatan Tərlan Əhmədovun komandası 3-cü pillədəki yerini itirib.
Turun son oyunu çempionluğa 2 əsas namizəd – "Qarabağ” və "Neftçi” arasında reallaşıb. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gəlib. 20.30-da start götürən Azərbaycan derbisi yetərincə gərgin alınıb. Hər hissədə 1 qol vuran ağdamlılar səviyyə fərqini ortaya qoyub. 
Sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya”sını qəbul edəcək Ağdam təmsilçisi yerli çempionatdakı əsas rəqiblərindən birini də qapısında qol görmədən "əzərək" istəyinə çatıb.
Qeyd edək ki, ilk oyun günündə qonaqlar qalib gəlib. "Zirə" "Sumqayıt"ı 2:1, "Qəbələ" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib.
Premyer Liqa
20019/20 mövsümü
I dövrə, IV tur
15 sentyabr
Keşlə - Səbail 1:2
Qollar: Lorenzo Frutos, 54 - Mirabdulla Abbasov, 18; 31-pen.
 
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 11. Ruslan Qurbanov, 14. Emin Mehtiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
Səbail: 85. Kamal Bayramov, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Essyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"Bakcell Arena”.
Qarabağ - Neftçi 2:0
Qol: Mahir Emreli, 31; Abdulla Zubir, 69

 

 

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Aylton Silva, 8. Markos Madera, 18. İsmayıl İbrahimli.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.

Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 77. Donald Gerye, 26. Ömər Buludov.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 10. Dario Federiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.

Baş məşqçi: Roberto Bordin.

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov.

Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tofiq Bəhramov adına Respublika Stadionu.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

4

4

0

0

10:0

12

2

Səbail

4

3

0

1

6:5

9

3

Zirə

4

2

1

1

4:3

7

4

Keşlə

4

2

0

2

6:3

6

5

Neftçi

4

1

1

2

3:5

4

6

Sumqayıt

4

1

0

3

4:7

3

7

Qəbələ

4

1

0

3

1:9

3

8

Sabah

4

0

2

2

2:4

2

Bombardirlər

İsmayıl İbrahimli (Qarabağ), Mehdi Şərifi (Sumqayıt), Lorenzo Frutos (Keşlə) - 3.

 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər