Bu futbolçu "Qarabağ"a qayıdır - qərar verildi

Bu futbolçu "Qarabağ"a qayıdır - qərar verildi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov icarədə olan futbolçulardan biri ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, baş məşqçi Namiq Ələsgərovun komandaya qayıtmasını istəyib.
Uzun müddətli zədədən sonra oyun təcrübəsi qazanmaq üçün "Kəpəz"ə icarəyə verilən 21 yaşlı yarımmüdafiəçi artıq əvvəlki səviyyəyə qayıdıb. Qurban Qurbanov onu gələn mövsüm komandanın əsas heyət üzvlərindən biri kimi görür. Namiq Premyer Liqanın XXXVI turunun "Qəbələ" ilə oyunundan sonra "Kəpəz"i tərk edəcək.
Qeyd edək ki, "Qarabağ" Namiqi 2014-cü ildə "Bakı"dan transfer edib. Qısa müddətdə komandanın əsas heyət oyunçularından birinə çevirilən futbolçu millimizin ötən il martın 28-də Malta ilə keçirdiyi oyunun əvvəlində ağır zədə almışdı. 2015-ci ilin sonunadək yaşıl meydanlardan kənarda qalan futbolçu qış fasiləsində icarəyə verildiyi "Kəpəz"in heyətində 12 oyun keçirib və 3 qol vurub.
"Qarabağ"ın icarədə olan digər futbolçularına gəlincə, "Kəpəz"də oynayan Tərlan Quliyev gələn mövsüm böyük ehtimalla yenə icarəyə veriləcək. Gəncə klubunun formasını geyinən Şəhriyar Əliyevlə "Zirə"də oynayan Vüqar Mustafayevin taleyi isə hələ bəlli deyil.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər