Braziliyalı ulduz "Qarabağ"dan getmək istəyir

Braziliyalı ulduz "Qarabağ"dan getmək istəyir
"Qarabağ"ın futbolçusu Çumbinyo komandanı tərk etmək istəyir. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, braziliyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında çıxış etdiyi "Atromitos"a qayıtmaq arzusundadı. Çumbinyonun Azərbaycan mühitinə öyrəşməkdə çətinliklərlə üzləşdiyi və "Atromitos" rəhbərliyi ilə əlaqə saxlayaraq, qışda komandaya dönmək istədiyini dediyi bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər