"Qarabağ"ın Portuqaliyadan futbolçu transfer etmək istəməsi barədə məlumat vermişdik. Belə ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda "Maritimo"da forma geyinən Danilo Diası heyətinə qatmaq istəyirdi.
Lakin transfer baş tutmayıb. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib: "Danilo ilə söhbətimiz olmuşdu. Lakin klubunda problem çıxdı. Buna görə transfer alınmadı".
Tam adı Danilo Leandro Dias olan forvard 1985-ci ilin 6 noyabrında Braziliyanın Ceres şəhərində dünyaya gəlib. 28 yaşlı hücumçu əvvəllər Braziliyanın "Qoias", "Bandeirante", "Qama", "Atletiko Qoyaniense", "Qoyania", "Noroeste", "İpatinqa" və "Uberaba" klublarında çıxış edib. Dias 2010-cu ildən çıxış etdiyi "Maritimo"da 128 oyun keçirib və 17 qol vurub.
Fanat.az