Bordinin "Neftçi"sini nə "sındırıb"?

Bordinin "Neftçi"sini nə "sındırıb"?

"Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq".

 

Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"ı qəbul edən paytaxt təmsilçisi 0:2 hesabı ilə yenilərək, yarımfinal şansını çətinə salıb.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssisin məğlubiyyət şərhi belə olub: "Çalışırıq öz oyunumuzu quraq. Rəqib də bizi əks-hücumda tutmağa çalışdı. Penaltini də əks-hücumda qazandılar. İkinci qol bizi "sındırdı". Bundan sonra işimiz daha da çətinləşdi. Qol epizodlarımız oldu ki, bunlarda düzgün reaksiya verə bilmədik".

- Həm çempionat, həm də kubok matçında "Sumqayıt"a qalib gələ bilmədiniz. "Neftçi" sanki çempionluq ab-havasına tez girib...

- Kubokla çempionat fərqli yarışdı. Çempionluq haqda düşünmək axmaqlıq olar. Təkrarçılıq olmasın, kubok tam başqa yarışdı.

- Buna qədər "Neftçi" bütün oyunlarda fərqlənə bilmişdi. "Sumqayıt" nədən istifadə edir ki, bu rəqibin qapısına yol tapa bilmirsiniz?

- Çempionat matçında olduğu kimi, bu gün də qol vəziyyətlərimiz oldu. Sadəcə, bir qədər dəqiqlik çatmadı. Bəzi epizodlarda isə rəqibin qapıçısı imkan vermədi.

 

- 0:2-dən sonra yarımfinal şansınızı necə dəyərləndirirsiniz?

- Öz meydanımızda uduzduğumuz üçün bizə çətin olacaq. Yenə də cavab görüşündə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər