Bordin "Neftçi"nin qarşısına şərt qoydu: Getmək üçün 425 min istəyir

Bordin "Neftçi"nin qarşısına şərt qoydu: Getmək üçün 425 min istəyir
"Neftçi” yanvarın 11-dən 25-dək Türkiyədə təlim-məşq toplanışı keçəcək. Paytaxt təmsilçi bundan əvvəl öz bazasında bir araya gələcək.
Bakılılar qış tətilinin davam etdiyi bugünlərdə əsas problemini hələ də yoluna qoya bilməyib. Söhbət Roberto Bordindən gedir.
Xəbər vermişdik ki, baş məşqçiylə arası dəyən klubun prezidenti Kamran Quliyev onun postundan uzaqlaşdırılmasına SOCAR-dan razılıq ala bilib.
Quliyevin neft şirkətinin nümayəndələri ilə son görüş istədiyi kimi keçib. Neft şirkətinin aidiyyatı şəxsləri italyan mütəxəssisin müqaviləsinə xitam verilməsinə bu dəfə etiraz etməyib.
"Neftçi" Bordinə təzminat olaraq 80 min dollar ödəyəcək. Maraq üçün deyək ki, onun anlaşması bu ilin yayına - iyunun 1-dəkdir.
Sportinfo.az-ın əldə etdiyi yeni məlumata görə, Bordin klub rəsmiləriylə görüşündə ona ödəniləcək təzminatın məbləğiylə razılaşmayıb.
Ümumiyyətlə, italyan mütəxəssisin istədiyi pulla rəhbərliyin təklifi arasında böyük fərq var. Belə ki, Bordin bakılılardan nə az, nə çox, 250 min dollar (425 min manat) təzminat tələb edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər