Borçe Xristov "Qarabağ"da

Borçe Xristov "Qarabağ"da

"Qarabağ" bir neçə gün əvvəl aşağı yaş qrupları üzrə koordinator Sebahettin Tekinlə yollarını ayırmışdı. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, yaxın günlərdə bu posta yeni təyinat olacaq.

Ağdam klubu bu postu yenə əcnəbi mütəxəssis təyin edəcək. Artıq həmin şəxs Azərbaycandadı. Söhbət ölkəmizə heç də yad olmayan 43 yaşlı makedoniyalı məşqçi Borçe Xristovdan gedir. Xristov Azərbaycanda “Bakı” və “Qarabağ” klublarında fəaliyyətindən tanınıb. O, həmyerlisi Qyoko Hacievskinin vaxtında “Bakı”da köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Hacievskinin gedişindən sonra isə “Qarabağ”la analaşan makedon sırf seleksiya işləri ilə məşğul olub. O, son olaraq, vətənində fəaliyyət göstərib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər