Bilet işbazları "Qarabağ" - "Zalsburq" oyununu iflic etdilər- VİDEO

Bilet işbazları "Qarabağ" - "Zalsburq" oyununu iflic etdilər- VİDEO
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ" - "Zalsburq” matçı öncəsi bilet işbazları yenidən fəaliyyətlərini genişləndirib. Fanat.az xəbər verir ki, oyuna olan böyük maraq onların əlinə böyük şans verib.Belə ki, "futbol tacirləri" indidən aldıqları 1 manatlıq biletləri 4-5 manata Tofiq Bəhramov adına Respublika stadionunun girişində vətəndaşlara satır. Kassalara yaxınlaşan insanlara artıq birmanatlıq biletlərin qalmadığı bildirilir. Maraqlıdı, kassada bilet olmadığı halda, bəs müəyyən adamalrın əlində necə yüzlərlə bilet var? Bu imkanı onlara kim verib? Xatırladaq ki, “Qarabağ” klubu qanunsuz bilet satışı ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdi. Amma görünür işbazların arxasında dayanan insanlar bu müraciətləri belə heçə alıb. Onlar öz işlərini rahatlıqla davam etdirir. Tofiq Bəhramov adına Respublika Stadionunun önündə bilet işbazlarının qeydə alınmış görüntülərini təqdim edirik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər