Berti Foqts: “Qarabağ”ın futbolçuları klubdan çox, millini düşünür"

Berti Foqts: “Qarabağ”ın futbolçuları klubdan çox, millini düşünür"
Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün brifinq keçirib. Fanat.az xəbər verir ki, alman mütəxəssis əvvəlcə AFFA ilə “Unilever” şirkəti arasında bağlanan müqavilənin imzalama mərasimi haqda fikirlərini bildirib.
- Çox şadam ki, AFFA belə bir şirkətlə müqavilə imzalayıb. Futbolun inkişafı üçün belə əməkdaşlıqlar lazımdı. Əminəm ki, AFFA bu əməkdaşlıqdan gələn pullardan düzgün yararlanacaq. “Clear” şampunu Kriştiano Ronaldonun çəkildiyi reklamla daha çox tanınır. O, üzərində fərdi şəkildə çox hazırlaşır. İnanıram ki, bizim gənclər də bu əməkdaşlıqdan sonra Ronaldodan örnək götürəcəklər.
- Rusiya ilə oyunda 0:4 nəticəsinin qeydə alınmasının səbəbi nədədi?
- Müdafiə düzgün qurulmamışdı. 4 qolda da müdafiənin səhvi oldu. Standard toplar buraxdıq. Bu oyunda hansı futbolçuların 100 faiz hazır olmadığını gördüm.
- Bolqarıstanla qarşıdakı seçmə oyun üçün dəyişikliklər olacaq?
- Sözsüz ki, bir neçə dəyişiklik olacaq. Rusiya ilə matçın ilk hissəsində pis oynadıq.
- Uzun müddətdi müdafiənin mərkəzində Rəşad Sadıqovla Bədəvi Hüseynovu, dayaq yarımmüdafiəsində isə Rahid Əmirquliyevlə Ruslan Abışovu birgə oynatmırsınız. Bunun səbəbi nədi?
- Azarkeşlərimizə demək istəyirəm ki, bu bir sınaq matçı idi. Ona görə də bəzi futbolçular görmədiyiniz mövqelərdə çıxış edirdi. Rasim Ramaldanov millidə yaxşı oyunlar keçirib. Düzdür, son vaxtlar onun klubda oyun praktikasından korluq çəkdiyi hiss olunur. Bizdə mərkəzdə elə bir problem yoxdur. Yol verdiyimiz səhvlər müdafiənin cinahları ilə bağlıdı.
- Rusiyaya böyük hesablı yenilginin millimizə Bolqarıstanla matça hazırlaşmaqda mənfi təsirinin olacağını düşünmürsünüz?
- Futbolçularla görüşəndə onlarla Rusiya ilə oyun haqqında söhbət edəcəyəm. Amma psixoloji baxımdan problemin olacağını düşünmürəm. Klublarımız hazırlıq dönəmində 8-10 hazırlıq matçı keçirir. Biz isə seçmə mərhələyə kimi cəmi 2 yoxlama oyununda gücümüzü sınamışıq. Bizim “Neftçi” və “Qarabağ” kimi çox matç keçirmək imkanımız olmur. “Qarabağ”ın futbolçuları klubdan çox, millini düşünür. Belə də olmalıdı. İnanıram ki, Bolqarıstanla matçda İsrail, Şimali İrlandiyaya qarşı necə oynamışıqsa, elə də çıxış edəcəyik.
- U-21 İsrailə 3:0 hesabı ilə qalib gəldi. Əsas millidəki bəzi futbolçularımızın yerinə gənclərdən kimisə çağırmağı düşünürsünüz?
- Bizim millini Rusiya ilə müqayisə etdikdə, komandamız daha gəncdi. O gənclər səfərdə də belə oynamağa öyrəşməlidirlər.
- 0:4 hesablı yenilgi sizə nəyi təsdiqlədi?
- Əslində, oyundan öncə də bilirdim. Belə də oldu. Bu məğlubiyyət fikirlərimi təsdiqlədi. Bir daha Bolqarıstanla matçda hansı heyətlə oynayacağımızı müəyyənləşdirdim. Almaniya da son dünya çempionu kimi Argentinadan 4 top buraxdı. Onlar da gənclərə şans vermişdi. Qeyd etməliyəm ki, Rusiya bizi sürətdə üstələyirdi.
- Rusiya ilə oyundan öncə keçirilən mətbuat konfransında Fabi Kapello ilə bir daha görüşəcəyinizi demişdiniz. Bu görüş nəyə hesablanıb?
- Sankt-Peterburqda FIFA-nın milli baş məşqçiləri arasında keçirəcəyi konfransı olacaq. Sentyabrın 15-dən 17-dək keçiriləcək konfransda mən də iştirak edəcəyəm. Həmin vaxt Kapello ilə yenidən görüşmək imkanım olacaq.
- Tez-tez deyirsiniz ki, ötən seçmə mərhələdə qrupda IV yeri tutmağımıza görə hamı sevinirdi, tək mən bundan razı deyildim. Sizə kim deyirdi ki, hamı bu millinin bu nəticəsindən razıdı?
- Sizin verdiyiniz suallara görə mən bu qənaətə gəlmişdim. Biz əvvəl Azərbaycan yığmasının nə yerdə, indi isə hansı vəziyyətdə olmasını nəzərə almalıyıq.
apasport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər