"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva cari mövsümün sonunda "şəhərlilər"i tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti yayda başa çatacaq portuqaliyalı ulduz yeni anlaşma ilə bağlı rəhbərliklə razılığa gələ bilməyib. Mənbə artıq bir neçə Avropa klubunun Silvaya müraciət etdiklərini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm İngiltərə çempionatında 11 matça çıxan Bernardu 2 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı futbolçu Çempionlar Liqasında 3 oyuna 1 qol vurub.
Nihat