Bernardu Silva "Mançester Siti"ni tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Mənbə "şəhərlilər"in transfer qiyməti 70 milyon avro olan yarımmüdafiəçini sataraq nominal forvard almağı hədəflədiyini açıqlayıb. Serxio Aquero ilə müqavilə yeniləməyən və onun "Barselona"ya keçməsinə problem yaratmayan İngiltərə təmsilçisinin ulduz hücumçu axtarışında olduğu vurğulanıb.
Silva bu mövsüm MS formasıyla bütün turnirlər daxil olmaqla, 45 matça çıxıb, 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla