Benzema "Real Madrid"i hansı kluba dəyişəcək?

Benzema "Real Madrid"i hansı kluba dəyişəcək?

"Real Madrid"in hücumçusu Kərim Benzema iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Mənbə Benzemanın 2022-ci ilin yayında, "Real" Dortmund "Borussiya"sının forvardı Erlinq Holandı heyətinə qatacağı halda, paytaxt klubundan ayrılacağını vurğulayıb.

Oktyabrda sahibi dəyişən və yeni maliyyə dayaqlarıyla diqqət çəkən "Nyukasl" onu heyətə qatmağı arzulasa da, Kərim "sağsağanlar"ın uğurları üçün çalışmaq niyyətində deyil. Lakin PSJ variantı Benzemanın ürəyincədir. Belə ki, parislilər Fransa millisinin üzvünə 2023-cü ildə yeni anlaşma təklif etməyi planlaşdırır. Həmin vaxt Benzema azad agent statusu daşıyacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər