BBC-nin əməkdaşı "Qarabağ"ın düşərgəsində

BBC-nin əməkdaşı "Qarabağ"ın düşərgəsində
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın Böyük Britaniyadan qonağı olub. Fanat.az xəbər verir ki, BBC-nin əməkdaşı Stiv Menari klubdan reportaj hazırlamaq üçün komandanın düşərgəsinə təşrif buyurub. 
Menari eyni zamanda dünyada futboldan bəhs edən ilk nəşr olan "World Soccer"lə də əməkdaşlıq edir. 1 milyondan çox məcburi köçkünü olan klubun 20 ildən çox hansı şərtlərlə yaşaması, strategiyasıyla maraqlanan Menari komanda üzvlərindən müsahibə alıb. Qarabağ probleminin "Qarabağ"la inteqrasiyasını araşdıran ingilis jurnalist xüsusilə klubun heyətində əcnəbilərlə danışıb, fikir mübadiləsi aparıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər