"Bayer Leverkuzen" "Qarabağ"la ev oyunundan narahatdır

"Bayer Leverkuzen" "Qarabağ"la ev oyunundan narahatdır

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan “Bayer Leverkuzen” Azərbaycan çempionu ilə ev oyununa görə narahatdır.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək matçda tribunaların dolması üçün biletlərin qiymətini 10 avroya endirib.

Bundan başqa, stadiona gələcək tələbələrə pulsuz alkoqolsuz içki və beyzbolka da veriləcək.

Qeyd edək ki, hər iki komanda ilk iki oyunda qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər