"Bayer" elə-belə komanda deyil" - Vidadi Rzayev "Qarabağ"dan nə gözləyir?

"Bayer" elə-belə komanda deyil" - Vidadi Rzayev "Qarabağ"dan nə gözləyir?

UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" oktyabrın 26-da Almaniyanın "Bayer Leverkuzen" komandasının qonağı olacaq.

Millinin sabiq futbolçusu, ölkənin ən tanınmış veteranlarından olan Vidadi Rzayevlə əlaqə saxlayıb təmsilçimizin qrupdakı üçüncü oyunu barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Arzu edirik ki, Almaniya səfərindən qələbə ilə dönsünlər. Azərbaycanı Avropada layiqincə təmsil edən komandamızdır. Oyun çətin olacaq. "Bayer" elə-belə komanda deyil. Qurban Qurbanov belə desəm, bu qazanın içində neçə illərdir bişən biridir. Necə oynamaq lazım olduğunu yaxşı bilir. Almaniya klubunun oyununa görə taktika müəyyənləşdirəcək. Qrupda ikincilik uğrunda mübarizə "Molde" ilə "Qarabağ"ın arasında gedəcək. Könül istər ki, Azərbaycan təmsilçisi birinci yeri tutsun. Hərçənd qrupdan çıxmaq üçün ikinci yer də yaxşıdır".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər