"Barselona"dan Arda Turana zərbə

"Barselona"dan Arda Turana zərbə
"Barselona"nın 2018-ci ili üçün Baş Məclisinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantı Kataloniya klubunun basketbol komandasının oyunlarını keçirdiyi Palau Blauqrana İdman Salonunda baş tutu. İclasda çıxış edən klubun texniki direktoru Erik Abidal komandadan ayrılan futbolçular - Andres İnyesta, Yerri Mina, Lukas Digne, Andre Qomes, Pako Alkaser və Arda Turanla bağlı danışıb.
"Europa Press"in xəbərinə görə, Abidal İnyesta ilə bağlı danışarkən zaldan alqış səsləri yüksəlib. Lakin Arda Turanla bağlı çıxış zamanı çox sayda klub üzvünün fit səsləri eşidilib.
Erik Abidalla Arda Turanla bağlı bu sözləri deyib: "O, "Atletiko"dan "Barselona"ya gəldi. İstedadlı futbolçudu, amma "Barselona"nın oyun sisteminə uyğunlaşa bilmədi. Özü və klub Türkiyəyə icarəyə verilməsinə qərar verdi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər