"Barselona" - "Napoli" matçı boş tribunalar önündə oynanıla bilər

"Barselona" - "Napoli" matçı boş tribunalar önündə oynanıla bilər
18 martda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan "Barselona" - "Napoli" oyunu koronavirus epidemiyası səbəbindən azarkeşlərsiz keçirilə bilər.
Fanat.Az xəbər verir ki, Kataloniyanın İdman və Səhiyynə nazirlikləri tərəfindən görüşün boş tribunalar önündə oynanılması təklif olunub. Məsələ ilə bağlı yekun qərarın yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.
İtaliya koronavirusun dünyada ikinci ən çox yayıldığı ölkədi. Ölkədə koronavirusa yoluxan insanların sayı 7 500-ə çatıb. İspaniyada isə 700 epidemiya daşıyıcısı var.
Qeyd edəki ki, "Barselona" və "Napoli" arasında oynanılan ilk matçda 1:1 hesabı qeydə alınmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər