"Barselona" futbolçusunu "Arsenal"a təklif etdi

"Barselona" futbolçusunu "Arsenal"a təklif etdi

"Barselona" öz futbolçusunu London "Arsenal"ına təklfi edib.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Xəbərə görə, Kataloniya klubunun təmsilçiləri "topçular"ın nümayəndələri ilə əlaqə saxlayaraq 20 yaşlı Ansu Fatini satmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Lionel Messinin gedişindən sonra 10 nömrəli futbolkanı daşıyan Fati çoxsaylı zədələr üzündən istənilən səviyyədə oyun sərgiləyə bilmir. Cari mövsüm "Barsa" forması ilə ümumilikdə 49 matça çıxan oyunçu 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər