Balde "Barselona"dan ayrılacaq?

Balde "Barselona"dan ayrılacaq?

İspaniyanın "Barselona" klubunun sol cinah müdafiəçisi Alehandro Balde komandadakı gələcəyini yenidən dəyərləndirmək qərarına gəlib. Fanat.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu mövsüm cəmi 12 dəqiqə meydanda olub və meydanda qalma müddəti artmazsa mövqeyini dəyişə bilər. Yay transfer pəncərəsində digər klublardan gələn ciddi marağa baxmayaraq, gənc müdafiəçi Kataloniya təmsilçisində qalmağa üstünlük vermişdi. Baş məşqçinin gənc oyunçuya növbəti qarşılaşmalarda daha çox şans verib-verməyəcəyi azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər