Bakı metrosunun iş rejimi dəyişir - "Qarabağ"a görə

Bakı metrosunun iş rejimi dəyişir - "Qarabağ"a görə

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində "Olimpik Marsel"lə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Olimpik Marsel" (Fransa) matçı saat 21:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər