"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu Hollandiyanın "Tvente" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qol vurulmayıb. Beləliklə komandalar 5 sonra yenə mərkəzi arenada qolsuz bərabərliyə razılaşıb - 0:0.
Qeyd edək ki, "Qarabağ"la "Tvente" 2009/10 mövsümündə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmışdı. Səfərdə 1:3 hesabı ilə yenilən təmsilçimiz evdə heç-heçə oynamış (0:0) və mübarizəni dayandırmışdı. Həmin vaxt "Qarabağ"ın yeganə qoluna imza atan Vüqar Nadirov indi də komandanın formasını geyinir.
"Tvente" son mövsümdə Hollandiya çempionatının bürünc medallarını qazanıb və birbaşa Avropa Liqasının pley-off mərhələsinə vəsiqə əldə edib. "Qarabağ" isə Çempionlar Liqasının II təsnifat mərhələsində Malta "Valletta"sını mübarizədən kənarlaşdırıb (1:0, 4:0). Ardınca Avstriya "Zalsburq"u ilə qarşılaşan ağdamlılar ilk oyunda qələbə qazansalar da (2:1), səfərdə yenilərək (0:2) Avropa Liqasında mübarizəni davam etdirməli olublar.
Avropa Liqası
Pley-off
İlk oyun
21 avqust
Qarabağ (Azərbaycan) - Tvente (Hollandiya) 0:0
Qarabağ: 13. İbrhaim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Namiq Ələsgərov, 66), 11. Danilo Dias (77. Cavid Tağıyev, 56), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 29), 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1 Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 7. Namiq Yusifov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Tvente: 1. Nik Marsman, 2. Kuko Martina (k), 4. Darril Laçman, 5. Robbert Şkilder, 7. Yuness Moxtar, 8. Kile Ebesilio, 10. Hakim Ziyeç (19. Şadrax Eqan, 70), 17. Rasmus Benqtsson, 22. Kamohelo Mokotyo, 30. Luk Kastaignos (9. Torqeyr Borven, 90+4), 33. Kasper Kusk (18. Tim Holşker, 69).
Ehtiyat oyunçular: 20. Sonnb Stevens, 15. Diko Koppers, 16. Tim Breukers, 23. Yoahim Andersen.
Baş məşqçi: Alfred Şroyde.
Sarı vərəqələr: Maksim Medvedev, 35 - Luk Kastaignos, 35. Kasper Kusk, 45. Tim Holşker, 87.
Hakimlər: Manuel Qrafe, Holger Hensçel, Kristian Gittelmann, Quydo Vinkmann (Almaniya).
UEFA nümayəndəsi: Dimitri Bokeria (Gürcüstan).
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Fanat.az