Azərbaycanın yeniyetmə cüdoçuları AÇ-yə Şamaxıda hazırlaşır

Azərbaycanın yeniyetmə cüdoçuları AÇ-yə Şamaxıda hazırlaşır

Yeniyetmə oğlanlardan ibarət cüdo üzrə Azərbaycanın millisi Avropa çempionatına hazırlığı Şamaxıda davam etdirir.

Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Cüdo Federasiyası yayıb.

Təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edir. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparırlar.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər