Azərbaycan Üzgüçülük Federasiyası Bakıda keçiriləcək "İpək Yolu" Dünya Kuboku öncəsi rəsmi maskotlarını təqdim edib. Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti (AÜF) məlumat yayıb. AÜF-ün təqdim etdiyi maskotlar "Araz", "Damla" və "Xəzər" adlanır. Maskotlar üzgüçülüyə marağın və suya olan sevginin rəmzi kimi hazırlanıb. Onlar həm ən kiçik üzgüçülük həvəskarlarını, həm də peşəkar idmançıları əhatə edən auditoriyaya xitab edir. Maskotların əsas missiyalarından biri su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətinə diqqət çəkməkdir. Eyni zamanda, qəhrəmanlar vasitəsilə Xəzər dənizində su səviyyəsinin azalması məsələsinin diqqətdə saxlanılması nəzərdə tutulur. Qeyd edək ki, "Araz", "Damla" və "Xəzər"lə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsi çərçivəsində keçiriləcək tədbirlər zamanı yaxından tanış olmaq mümkün olacaq.
Azərbaycan Üzgüçülük Federasiyası rəsmi maskotlarını açıqlayıb
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Su idman növləri
20:11
02.10.2026
Azərbaycan üzgüçülərindən "İpək Yolu" Dünya Kubokunda yeni rekordlar
Su idman növləri
19:42
01.10.2026
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi
Su idman növləri
11:33
01.10.2026
"Mingəçevir reqatası-2026": Sonuncu günə 1 qızıl, 2 bürünclü start
Su idman növləri
16:25
30.09.2026
"Mingəçevir Reqatası-2026": Azərbaycanın daha bir idmançısından qızıl medal