"Zirə" ümidləndi, "Neftçi"ni "evində döydülər"

"Zirə" ümidləndi, "Neftçi"ni "evində döydülər"
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, bu mərhələdə qaliblər iki matçın nəticəsinə görə müəyyənləşəcək.
 
İlk oyun günündə iki qarşılaşma baş tutub. 1/4 finalın birinci oyununda "Zirə" və "Səbail" üz-üzə gəlib.
 
Cari mövsümdə Premyer Liqada iki dəfə münasibətlərinə aydınlıq gətirən komandaların ilk dueli 1:1 hesabı ilə başa çatsa da, "Zirə" limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət alıb. İkinci görüşdə isə hesab açılmayıb. "Səbail" qış fasiləsinə Premyer Liqanın 4-cü, "Zirə" sonuncu pilləsində yollanıb.
 
Bu komandalar kubokda ilk dəfə gücünü sınayıb. Qəsəbə təmsilçisi ilk yarıdan azlıqda qalan rəqibini bir cavabsız qolla yola salıb.
Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. İndiyədək kubokda qarşılaşmayan komandaların bu mövsüm Premyer Liqada baş tutan ilk matçında "Neftçi" qələbə qazanıb (0:2), ikinci görüşdə qalib müəyyənləşməyib (0:0). "Ağ-qaralar" Premyer Liqada qış çempionu olub, "gənclik şəhəri" təmsilçisi isə fasiləyə 6-cı pillədə yollanıb.
 
Ölkə kuboku çərçivəsində "siftə edən" tərəflərin birinci duelindən "kimyaçılar" qalib ayrılıb. Rəqib meydanında 2 cavabsız qol vuran sumqayıtlılar "ağ-qaralar"ı böyük çətinlik qarşısında qoyub. İndi çempionatın lideri ikinci matçda bu fərqi aradan qaldırmaq haqda düşünməlidi. Hərçənd "Sumqayıt"ın səfərdə yendiyi komandaya "doğma divarlar" arasında böyük hesabla uduzacağını güman etmək də çətindi.
Qeyd edək ki, bu mərhələnin sabah keçiriləcək oyunlarında "Qəbələ" "Sabah"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Cavab görüşləri isə dekabrın 19-20-də keçiriləcək.
Azərbaycan Kuboku 
1/4 final
İlk oyunlar
15 dekabr
Zirə - Səbail 1:0
Qol: İlkin Muradov, 45

Mirsahib Abbasov 80-ci dəqiqədə penaltidən yararlana bilməyib. Qırmızı vərəqə: Tome Kitanovski, 33

 

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Fizuli Nəcəfov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
"Dalğa Arena".
 

"Zirə”: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov Baş məşqçi: Samir Abasov

"Səbail”: 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 11. Ruslan Qurbanov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov Baş məşqçi: Aftandil Hacıyev

 

Neftçi - Sumqayıt 0:2

Qollar: Əli Babayev, 28 (pen.), Şəhriyar Əliyev, 45+4

Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 (ikinci sarı)

 

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bakcell Arena".
 

"Neftçi”: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 25. Kiril Petrov (k), 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 21. Məhəmməd Mirzəbəyov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 37. Vüsal Əsgərov Baş məşqçi: Roberto Bordin

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 6. Səbuhi Abdullazadə, 7. Cavid Tağıyev, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev Baş məşqçi: Ayxan Abbasov

 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər