Azərbaycan klubları "Mançester Siti" və "Qalatasaray"la eyni turnirdə

Azərbaycan klubları "Mançester Siti" və "Qalatasaray"la eyni turnirdə
Aprelin 5-7-si aralığında Türkiyənin İzmir şəhərində 12 yaşadək futbolçulardan ibarək "İzmir Cup" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, ənənəvi turnirdə Azərbaycan təmsilçiləri də iştirak edəcək.
Yarışa ümumilikdə 13 fərqli ölkədən 70 komanda və 1300-ə yaxın futbolçu qatılacaq. "Altınordu" klubunun təşkilatçılığı ilə baş tutacaq turnirdə Azərbaycanı "Qəbələ" və "Neftçi"nin U-12 komandaları təmsil edəcək.
Yarışa həmçinin "Çelsi", "Milan", "Latsio", "Mançester Siti", "Portu", "Ayaks", "Marsel", "Valensiya", "Qalatasaray", "Beşiktaş", "Trabzonspor" və "Fənərbaxça" kimi məşhur klublar qatılacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər