Azərbaycan çempionatında Qarabağın adını daşıyan 2-ci klubu

Azərbaycan çempionatında Qarabağın adını daşıyan 2-ci klubu

İyunun 10-da Bakıda “Şuşa-Qarabağ” Peşəkar Futbol Klubunun yenidən bərpa olunması ilə əlaqədar tədbir keçiriləcək.

 

Publika.az-ın əldə etdiyi məlumata görə, tədbirdə klubun üzvləri ilə yanaşı, AFFA-nın nümayəndələri və digər idman ictimaiyyətinin iştirakı gözlənilir.

 

Xatırladaq ki, “Şuşa-Qarabağ” futbol klubu ötən illər ərzində Şuşa camaatı və Şuşanı sevən bir qrup şəxslər tərəfindən yaradılıb. Ancaq maliyyə problemləri ilə qarşılaşan klub fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

 

Bu il mayın 23-də keçirilən iclasda isə klubun yeni rəhbər heyəti və baş məşqçisi təyin olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər