AZAL yarımcan “Qarabağ”ı yendi

AZAL yarımcan “Qarabağ”ı yendi

“Qarabağ”  Premyer Liqada yaranmış fasilədən yararlanaraq, AZAL-la yoxlama oyunu keçirib. Fanat.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, milli oyunlar səbəbindən 10 futbolçunun xidmətindən məhrum olan “köhlən atlar” Şüvəlandabaş tutan görüşdə fərqli heyətlə meydana çıxıb.

 

Oyunun ilk yarısında “Qarabağ” 2 dəfə qol vurmağa yaxın olsa da, “təyyarəçilər” şanslarından maksimum yararlanıblar. Cavid Tağıyev və Viktor İbekoyi şüvəlanlıların fasiləyə üstün yollanmasını şərtləndirən qollara imza atıblar.

 

 II hissənin startında AZAL Ağayevlə 3-cü qola sevinib. “Qarabağ” isə Reynaldo və Kapolonqonun vurduğu qollarla hesab arsındakı fərqi minimuma endirib. Beləliklə, Vaqif Sadıqovun yetirmələri çempionatda minimal hesabla yendiyi “köhlən atlar”I sınaq matçında da üstələyib – 3:2.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər