AZAL Topaz Premyer Liqasının XXI turunda “Qarabağ”ı qəbul edəcək. Fanat.az xəbər verir ki, komanda oyuna hazırlığı başa vurub və matç saatını gözləyir.
Dünənki məşqdə zədəli futbolçular - Eduardo və Luis Ramos, eləcə də özünü narhat hiss edən Kamal Bayramov iştirak etməyib. Əvəzində cəzalı durumda olan Viktor İbekoyi komanda ilə birgə çalışıb. Əsasən toplu çalışmaların üstünlük təşkil etdiyi məşq ikitərəfli oyunla yekunlaşıb. “Yaşıllar” “qırmızılar”ı məğlub edib.
Qeyd edək ki, AZAL - “Qarabağ” oyunu sabah saat 15.00-da başlayacaq və AzTV kanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.az