AZAL Premyer Liqanın son turunda meydana tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, komandanın iki legioneri üçün mövsüm bir tur əvvəl bitib.
Belə ki, Adan Koronado və Aleksandr Quruli cəzalı duruma düşüb. Adan AZAL-la oyunun 81-ci, Aleksandr 90-cı dəqiqəsində cəzalanaraq sarı vərəqə limitini doldurub. Hər iki futbolçu cari mövsümdə 4-cü "sarı"nı aldığından XXXVI turun "Qarabağ"la matçını buraxacaq.
Fanat.az