AZAL-dan 700 dollar istəyən nigeriyalı "Neftçi"də!

AZAL-dan 700 dollar istəyən nigeriyalı "Neftçi"də!

Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nın heyətinə yeni futbolçu qoşulub.

 

Klubdan verilən məlumata görə, nigeriyalı yarımmüdafiəçi Yesse Sekidika paytaxt klubunda baxışdadı.

 

23 yaşlı oyunçu bir müddət komanda ilə məşqlərdə iştirak edəcək. Baş məşqçi Roberto Bordin onu qarşıdakı matçlarda sınayacaq. Futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Əsl mövqeyi pleymeyker olan Sekidikanın ilk peşəkar klubu Serbiya "Napredak"ı olub. O, 2 il bu klubun formasını geyindikdən sonra ötən ilin yayında "Əskişəhərspor"la 2 illik müqavilə bağlayıb. Lakin elə həmin transfer dönəmindəcə Türkiyə klubu debüt imkanı tapmamış onu yola salıb. Çünki həmin vaxt "Əskişəhərspor"un transfer qadağası olub.

Ötən ilin may ayından bəri yaşıl meydanlara həsrət qalan Sekidikanın bir dəfə də ölkəmizdə oynamaq imkanı olub. Belə ki, iki il əvvəl gənc oyunçu AZAL-a təklif olunub. Oyunçu özü ayda 700 dollar maaşa ölkəmizə köçməyə razılıq verib. Sadəcə, "Napredak" onu pulsuz buraxmadığından, keçid baş tutmayıb.

Qeyd edək ki, Yesse Sekidika "Napredak"ın heyətində Serbiya Superliqasında ümumilikdə 39 matçda iştirak edib(matc.az).

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər