AZAL avtoqol sevir: "Qarabağ" 2-ci pilləyə düşdü

AZAL avtoqol sevir: "Qarabağ" 2-ci pilləyə düşdü
Topaz Premyer Liqasında mövsümün 9-cu avtoqolu qeydə alınıb. Fanat.az xəbər verir ki, bu dəfəki bəxtsiz AZAL-ın futbolçusu Aylton olub.
İspan oyunçu 47-ci dəqiqədə - hesab 1:1 olarkən topu öz qapısına göndərib. Nəticədə "Bakı" matçı 2:1 hesablı qələbə ilə başa vurub.
Cari mövsümdə AZAL ən çox avtoqola məyus olan komandadı. Belə ki, bundan əvvəl Tural Nərimanovla Şəhriyar Rəhimov da "təyyarəçilər"i məyus etmişdi. 2013/14 mövsümündə "Sumqayıt"ın 2, "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" və "Neftçi"nin bir üzvü qapıları səhv salmışdı.
Ayltonun avtqolu AZAL-ı bu siyahıda birinci edib. Belə ki, XXVII turadək "Qarabağ"la AZAL Azərbaycan çempionatlarının tarixi ərzində ən çox avtoqola üzülən klublar idi - 11. İspan futbolçunun öz qapısına vurduğu top "təyyarəçilər"in ağdamlıları keçməsinə səbəb olub.
2005/06 mövsümündən Premyer Liqada çıxış edən AZAL-ın heyətində Usim Nduka 2, Abdulkader Kamara, Alveş Dos Santos, Ritus Krjauklis, Bronislav Arsenyeviç, Emin Ağaməmmədli, Aydın İslamov, Xuan Fransisko, Tural Nərimanov, Şəhriyar Rəhimov və Aylton 1 dəfə uğursuzluq yaşayıb. Bakı klubu yalnız 5 dəfə rəqib oyunçunun vurduğu qola sevinib.
IX tur
Sumqayıt - İnter 0:2
Adil İbrahimov, 14 (Sumqayıt).
X tur
Sumqayıt - Qarabağ 0:3
Anar Nəzirov, 5 (Sumqayıt).
XIII tur
Neftçi - Bakı 2:1
Erik Ramos, 53 (Neftçi).
XVI 
Qəbələ - Simurq 2:1
Amit Quluzadə, 64 (Qəbələ).
Sumqayıt - Bakı 1:2
Mario Alvares, 63 (Bakı).
XX tur
Xəzər Lənkəran - Neftçi 2:2
Tyeqo, 9 (Xəzər Lənkəran).
XXI tur
Qarabağ - AZAL 2:1
Tural Nərimanov, 33 (AZAL).
XXII 
AZAL - Qəbələ 1:2
Şəhriyar Rəhimov, 71 (AZAL)
XXVII
AZAL - Bakı 1:2
Aylton, 47 (AZAL).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər