Ayxan Abbasovdan "Turan Tovuz" açıqlaması

Ayxan Abbasovdan "Turan Tovuz" açıqlaması

"Sumqayıt"dan ayrıldıqdan sonra hələ də işsiz olan Ayxan Abbasovun Azərbaycan Premyer Liqasına yüksəlməyə əsas namizədlərdən hesab olunan "Turan Tovuz"un baş məşqçisi olacağı gözlənilir. 

Məlumatı dəqiqləşdirmək üçün 41 yaşlı mütəxəssislə əlaqə saxladıq. 

Fanat.Az-a danışan Abbasov Tovuz klubu ilə danışıqlar aparmadığını deyib: "Hazırda işsiz olan məşqçilərin adının "Turan Tovuz"la yanaşı hallanması başadüşüləndir. Ancaq ilk öncə "Turan Tovuz" Premyer Liqaya yüksəlməlidir. Mənə gəlincə, bu gün üçün Tovuz klubuyla aramızda hər hansısa danışıq və ya razılaşma olmayıb". 

2018-ci ilin noyabr ayında "Sumqayıt"ın baş məşqçisi təyin olunan Ayxan Abbasov 2021-ci ilin dekabrında klubdan ayrılıb. 

Xatırladaq ki, Ayxan Abbasov 2004-2005 və 2011-2012-ci illər mövsümündə "Turan"ın şərəfini qoruyub. O, futbolçu karyerasını məhz Tovuz klubunda başa vurub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər