Ayxan Abbasov rəsmən “Turan Tovuz”da! 

Ayxan Abbasov rəsmən “Turan Tovuz”da! 

Bu gün Tovuz şəhər stadionunda PRO kateqoriyalı məşqçi Ayxan Abbasovla rəsmi müqavilə imzalanıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanma mərasimini​ giriş sözü ilə klubun mütəxəssisi Rasim Əliyev açıb, O, tədbir haqda ​ iştirakçılara ətraflı məlumat verib. Klubun Müşahidə Şurasının sədri Oqtay ​ Abdullayev azarkeşləri salamladıqdan sonra baş məşqçi Ayxan Abbasovun seçimi haqda danışıb və gələcək planlar haqda məlumat verib. 

Baş məşqçi Ayxan Abbasov azarkeşlərin alqış sədaları altında tədbirə dəvət olunub. Bağlanmış 2+1 illik müqaviləyə imza atdıqdan sonra Ayxan Abbasov görüləcək işlər barəsində hesabat təqdim edib. Sonda azarkeşlərin suallarını cavablandıran gənc mütəxəssis fanatlarla xatirə şəkli çəkdirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər